Deputat: Daxili qoşunlarda müddətdən artıq qulluq edənlər mənzillə təmin edilmirlər
Daxili qoşunlarda müddətdən artıq qulluq edənlər mənzillə təmin edilmirlər.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Qüdrət Həsənquliyev komitənin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bütün zabitlərə ev verməkdənsə, onlara həmin evə uyğun məbləğdə ödəniş edilməsini təklif edib.
15:33 09.09.2025
Oxunuş sayı: 5056