Nepalda baş verən hadisələrdə ölən və ya yaralanan Azərbaycan vətəndaşı varmı? - RƏSMİ
Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Nepalda etirazlar nəticəsində 19 nəfər ölüb, xəsarət alanların sayı 500 nəfərə çatıb.
Ayhan
14:35 09.09.2025
Oxunuş sayı: 5240