Lavrov: Ermənistan və Azərbaycan arasında əldə olunan ABŞ razılaşması onların suveren hüququdur

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin bu ilin avqustunda ABŞ-da imzaladıqları razılaşma hər iki ölkənin suveren hüququdur. Nazir əlavə edib ki, bu razılaşmanın necə işləyəcəyinə diqqətlə baxmaq lazımdır.
Bu barədə Crossmedia.az məlumat verir.
Məlumata görə, diplomatın sözlərinə görə, Rusiya Federasiyasının Cənubi Qafqaz regionunda əsas prioritetləri həmişə olduğu kimi sülh və əməkdaşlıqdır və bu istiqamətlər heç vaxt dəyişməyib.
Mehriban Yariyeva
19:03 08.09.2025
Oxunuş sayı: 858