12 noyabrda Azərbaycanda referendum ola bilər - TƏCİLİ

Azərbaycanda noyabrın 12-si ümumxalq referendumu baş tuta bilər.
Crossmedia.az xəbər verir ki, ümumxalq müzakirəsinə çıxarılacaq əsas təkliflərdən biri dövlət idarəçiliyi sahəsində yeniliklərlə bağlıdır. Buraya Nazirlər Kabineti və vitse-prezidentlik institutunun səlahiyyətlərinin dəqiqləşdirilməsi, rayon icra hakimiyyətlərinin ləğv edilərək regional idarəçiliyə keçid daxildir.
Bu çərçivədə Prezidentin təyin etdiyi xüsusi nümayəndələrin idarə edəcəyi 14 iqtisadi zona üzrə vilayətlərin yaradılması nəzərdə tutulur.
Referenduma əsasən inzibati ərazi bölgələrinin dəyişiləcəyi iddia edilir.
14 yeni iqtisadi rayon yaradılacaq.
Eyni zamanda regional bələdiyyələr formalaşacaq.
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəsi ilə əvəz ediləcək. İkinci vitse-prezident ləğv ediləcək. Baş nazirin səlahiyyətlərində artım gözlənilir. Bundan əlavə Naxçıvan Muxtar respublikası xüsusi iqtisadi zona olacaq.
17:57 08.09.2025
Oxunuş sayı: 1850