Rusiya , ABŞ və Hindistan liderləri bu toplantılara qatılmayacaq

Hindistanın Baş naziri Modi ABŞ-la tarif gərginliyi fonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə " İndiaTimes" məlumat yayıb.
Vladimir Putin də BMT Baş Assambleyasının Nyu-York və G20-nin CAR sammitində iştirak etməyəcək. Rusiyanı hər iki tədbirdə Sergey Lavrov təmsil edəcək.
ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcək. Sammitdə Birləşmiş Ştatları JD Vens təmsil edəcək.
14:15 06.09.2025
Oxunuş sayı: 750