CNN: ABŞ Venesuelaya hərbi zərbə endirə bilər

CNN-in Vaşinqtondakı mənbələrə istinadən verdiyi məlumata görə, Tramp administrasiyası Venesuelada “narkokartellərə qarşı” hərbi zərbələr variantını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, söhbət Venesuela ərazisindəki hədəflərdən gedir. Karakas isə cavabında bildirib ki, “narkokartellərlə mübarizə” sadəcə bir bəhanədir. Əslində məqsəd Nikolas Maduronun devrilməsidir.
Məlumata görə, mümkün hücum ABŞ-ın Venesuela rəhbərliyini zəiflətmək üçün daha geniş strategiyasının bir hissəsidir.
Niyaz Hacıyev
11:48 06.09.2025
Oxunuş sayı: 808