Qırğızıstan Tacikistanla sərhədin müdafiəsini gücləndirir

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qırğızıstan–Tacikistan dövlət sərhədində möhkəmləndirmə işlərinin aparıldığını elan edib.
Bu barədə Crossmedia.az Sputnik Qırğızıstan-a istinadən xəbər verir
Tədbirlər çərçivəsində tikanlı məftil maneələri quraşdırılır, yollar salınır və müasir 3D hasarlar inşa olunur. Bununla çoxsəviyyəli müdafiə sistemi yaradılır və sərhədin qanunsuz keçilməsinin qarşısı alınır.
“Fiziki baryerlər yalnız qanunsuz keçidləri çətinləşdirmir, həm də siqnalizasiya örtüyü funksiyasını yerinə yetirir”– deyə qurumun mətbuat xidmətində vurğulanıb.
2025-ci il sentyabrın 2-nə olan məlumata görə, artıq 79,5 km məftil (o cümlədən 56,4 km “Eqoza” adlı tikanlı məftil), 84,6 km metal dirəklər quraşdırılıb, 106,5 km strateji yollar çəkilib və 511 metr 3D hasar tikilib. Bu addımlar sərhədçilərin mobilliyinin artırılması və milli təhlükəsizlik strategiyası çərçivəsində nəzarətin gücləndirilməsinə xidmət edir.
Niyaz Hacıyev
11:00 06.09.2025
Oxunuş sayı: 974