SEPAH Britaniyada onlayn şəbəkə qurur

SEPAH-a bağlı qrupların Britaniyada gizli şəkildə adam topladığı üzə çıxıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ekspress” qəzetinin məlumatına görə, onlar sosial şəbəkələr vasitəsilə əsasən Yaxın Şərq və Şərqi Avropadan olan şəxslərlə əlaqə quraraq, Britaniyada gizli fəaliyyət göstərə biləcək adamlar cəlb edirlər.
Bu şəxslərin vəzifəsi mühacirətdə yaşayan İran müxaliflərini izləmək, qorxutmaq və təzyiq göstərməkdir. İzləmə və təqib işi elə təşkil olunur ki, İran hökuməti məsuliyyəti inkar edə bilsin.
Britaniyanın təhlükəsizlik xidməti MI5 bildirib ki, 2022-ci ildən bəri İrana bağlı qrupların ölkədə həyata keçirməyə hazırlaşdığı 20 təhlükəli planın qarşısı alınıb.
Britaniyanın terrorla mübarizə polisinin sözçüsü isə İranı “Britaniya küçələrində zorakılığa dəstək verən” ölkə adlandıraraq, bu təhdidin davamlı olduğunu vurğulayıb.
09:40 06.09.2025
Oxunuş sayı: 808