Paşinyan onun iştirakı ilə Vaşinqtonda azı üç dəfə “dəhliz” terminindən istifadə edən Trampa şikayət göndərir?

Avqustun 8-də Vaşinqton razılaşmasının təminatçısı Donald Tramp Paşinyan və İlham Əliyevlə brifinq zamanı deyib ki, bundan sonra Ermənistan və Azərbaycan yaxşı münasibətlərdə olacaqlar.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Əgər problem olsa, mənə zəng edin”, - deyə o, xüsusilə Paşinyana təklif edib və ümidlər oyadıb ki, Ermənistana “sahib çıxacaq” və Paşinyan da istədiyi vaxt onunla əlaqə saxlaya biləcək”, - deyə nəşr qeyd edib.
“İlham Əliyev imzadan bir neçə gün sonra “Tramp yolu” ifadəsinin əvəzinə “Zəngəzur dəhlizi” terminindən istifadə etməyə başladı və bununla da Ermənistan hakimiyyətinin yalanını ifşa etdi. Şikayətin digər məqamı isə Azərbaycan ordusunu silahlandırmaq barədə bəyanatlardır.
Deyirlər ki, ABŞ-də Paşinyan tələb edib ki, heç olmasa bizim seçkilərə qədər İlham Əliyev “dəhliz” sözündən istifadə etməsin, lakin həmin gün Tramp Paşinyanın iştirakı ilə azı üç dəfə “koridor” – “dəhliz” terminindən istifadə edib. Beləliklə, iynəni çuvalda gizlətmək mümkün olmayacaq”, - deyə müəllif vurğulayıb.
09:24 06.09.2025
Oxunuş sayı: 841