Türkiyənin keçmiş naziri: “Qərb gücünü itirib, bugünün qalibi Çindir”

Türkiyənin keçmiş daxili işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Daxili İşlər Komissiyasının sədri olan Süleyman Soylu Qərb dünyasını sərt tənqid edib. Onun sözlərinə görə, ABŞ və Avropa təsirini itirir, qlobal güc balansında isə bugünün qalibi Çindir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global “məlumat verib.
Soylu Avropa İttifaqının “beyin ölümünün baş verdiyini” deyərək, bürokratik böhran və qərar verə bilməməyin ittifaqı zəiflətdiyini bildirib. O, həmçinin Qərbin demokratiya və hüququ yalnız formal şəkildə tətbiq etdiyini, beynəlxalq qurumların isə təsirini itirdiyini vurğulayıb.
Siyasətçiyə görə, Qərb iqtisadi, demoqrafik və institusional böhranlarla üzləşib və bunun nəticələrini yaxın illərdə daha ağır şəkildə yaşayacaq.
Nigar Rəhimova
23:34 05.09.2025
Oxunuş sayı: 792