Tramp Putinə münasibətdə ehtiyatlı və balanslı siyasət yürüdür

ABŞ-nin prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə münasibəti mürəkkəb olsa da, o, məsləhətçilərinə onu məhv etmək niyyətində olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir
Məlumata görə, Tramp ilk səlahiyyət müddətində nüvə silahına malik Rusiya lideri ilə sivil münasibətləri davam etdirməyin Amerikanın maraqlarına uyğun olduğunu vurğulayıb. Qərb rəsmisi qeyd edib ki, Putinlə şəxsi münasibətləri qorumaq Trampın həm ABŞ, həm də beynəlxalq səviyyədə etibarlı vasitəçi kimi görünməsinə imkan yaradır. Bu vəziyyət onun həm Putinə, həm də Ukrayna Prezidenti Volodimir Zelenskiyə təsirini saxlamasına şərait yaradır.
22:44 05.09.2025
Oxunuş sayı: 989