ABŞ Kəşfiyyatı: Hizbullah sakitcə gücünü bərpa edir

ABŞ kəşfiyyatının son hesabatına görə, Hizbullah təşkilatı sakitcə öz qüvvələrini bərpa edir. Hesabata görə, təşkilat raket imkanlarının 40%-ni, şəxsi heyətin 30%-ni və təlim keçmiş qrupların 45%-ni yenidən formalaşdırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Məlumata görə, Hizbullah döyüş taktikalarını yeniləyir və müdafiə tədbirlərini gücləndirir. Hesabatda vurğulanır ki, bu dəyişikliklər təşkilatın strateji mövqeyini möhkəmləndirməyə yönəlib.
22:24 05.09.2025
Oxunuş sayı: 1088