Böyük Britaniya Baş nazirinin müavini Anjela Reyner istefa verib

Böyük Britaniya Baş nazirinin müavini Anjela Reyner istefa verib.
Bu barədə Crossmedia.az “SkyNews” saytına istinadən məlumat verir.
Məlumata görə, Anjela Reynerin istefasına vergi qalmaqalı səbəb olub. Belə ki, o, yeni aldığı evinə görə az əmlak vergisi ödədiyini deyib.
Bildirilir ki, Reyner Baş nazir Keir Starmerin komandasından istefa verən səkkizinci və ən yüksək rütbəli məmurdur. Bu, eyni zamanda, ən ciddi itki sayılır. Çünki Reyner vergini qəsdən tam ödəməməkdə ittiham olunanda Baş nazir Starmer ona tam dəstək ifadə edib.
21:56 05.09.2025
Oxunuş sayı: 962