NATO Ukraynanın suverenliyini vurğuladı: Rusiya qərar verə bilməz

NATO-nun Baş katibi Mark Rutte Praqa Müdafiə Sammitində Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Rusiyanın NATO qoşunlarının Ukrayna ərazisində olmasını qəbul edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Crossmedia.az-ın məlumatına görə, Rutte bildirib ki, Rusiyanın Ukraynadakı hərbi mövcudluğu barədə düşüncəsi NATO-nu maraqlandırmır:
“Ukrayna suveren dövlətdir və buna Rusiya qərar verə bilməz. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün Moskvadan icazə almadı. Ukrayna da öz təhlükəsizlik təminatını seçmək hüququna malikdir” – deyə o qeyd edib.
Baş katib əlavə edib ki, artıq Putinə qarşı böyük sövdələşmə vaxtı bitib və onu ciddi qəbul etməmək lazımdır:
“O, Texas qubernatorundan başqa bir şey deyil” – Rutte vurğulayıb.
21:50 05.09.2025
Oxunuş sayı: 880