Peskov: Putin ali səviyyədə görüşlərə hazırdır

Rusiya Prezidenti Vladimir Putin lazımi hazırlıq aparıldığı təqdirdə, o cümlədən ali səviyyədə istənilən görüşlərə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
“Biz Rusiya Federasiyasının və Prezidentin dialoqa hazır olduğunu görürük. Prezidentin ali səviyyədə istənilən görüşlərə hazır olduğunu görürük. Amma onlar əvvəlcədən yaxşı hazırlanmalıdır”, - deyə o, jurnalistlərə bildirib.
Rusiya Federasiyası ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə nizamlanma ilə bağlı konstruktiv səylərini qeyd edir, Avropanın isə münaqişənin davamını təhrik etməyə çalışdığını vurğulayır.
“Biz ABŞ Prezidentinin Ukrayna ətrafında nizamlanmanı dəstəkləməklə bağlı çox konstruktiv səylərini görürük. Biz Avropa ölkələrinin müharibənin davamını təhrik etməyə yönəlmiş iyrənc səylərini də görürük”, - deyə Peskov bildirib.
Niyaz Hacıyev
10:41 05.09.2025
Oxunuş sayı: 1102