İlon Mask Ağ Evdəki texnologiya sammitində iştirak etməyəcək

Milyarder və keçmiş Ağ Ev baş məsləhətçisi İlon Mask bildirib ki, onu ABŞ-ın aparıcı texnologiya şirkətlərinin rəhbərlərinin sammitinə dəvət ediblər.
Crossmedia.az CNN-ə istinadən xəbər verir ki, İlon Mask tədbirdə iştirak etməyəcəyini açıqlayıb.
“Ora mənim nümayəndəm gedəcək”, - deyə o bildirib.
Ağ Evin nümayəndəsinin sözlərinə görə, dəvət olunanlar siyahısında Meta şirkətinin baş direktoru Mark Zukerberq, Apple-ın baş direktoru Tim Kuk, Microsoft-un həmtəsisçisi Bill Qeyts, Google-un baş direktoru Sundar Pişai və OpenAI şirkətinin baş direktoru Sem Altman var.
“Maskın dəvət olunması onunla Ağ Ev arasındakı münasibətlərin istiləşməsinin əlaməti ola bilər. Son günlər Tramp və vitse-prezident Cey Di Vensin ictimai şərhləri onların Maskı yenidən öz sıralarına qəbul edəcəyinə işarə edir”, - materialda qeyd olunub.
Bu həftə CNN müxbiri ilə söhbətində Tramp Maskı “ağlı başında olan insan”, “yaxşı adam” adlandırıb, baxmayaraq ki, “o, komandadan düzgün şəkildə ayrılmayıb”.
Niyaz Hacıyev
10:03 05.09.2025
Oxunuş sayı: 1254