Danimarka: İran bizim üçün ciddi təhdiddir

Danimarkanın Təhlükəsizlik Polisi İranı ölkə üçün ən ciddi təhlükələrdən biri adlandırıb. Bu barədə qurumun yayımladığı son təhlükəsizlik hesabatında məlumat verilib.
Crossmedia.az xəbər verir ki, hesabatda bildirilir ki, İran hökuməti Danimarkada və digər Qərb ölkələrində kütləvi qırğın silahları ilə bağlı texnologiyalar əldə etməyə çalışır. Tehran bu istiqamətdə qanunsuz yollarla fəaliyyət göstərir və bu, Danimarkanın milli təhlükəsizliyi üçün ciddi narahatlıq doğurur.
Qurum, habelə İranın Avropada, o cümlədən Danimarkada casusluq fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb. Casusluq fəaliyyəti təkcə texnoloji məlumatların toplanması ilə məhdudlaşmır, həm də siyasi və mühacir fəalların izlənməsi, basqıya məruz qalması kimi halları əhatə edir.
21:44 04.09.2025
Oxunuş sayı: 1137