ABŞ senatoru İranın təsir şəbəkəsinin araşdırılmasını tələb edir

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri, Arkanzas ştatından respublikaçı senator Tom Kotton İranın ABŞ-dəki təsir şəbəkəsinin fəaliyyətinə dair araşdırma aparılmasına çağırış edib.
Crossmedia.az xəbər verir ki, senator FTB direktoru Kaşyap Patel və müdafiə naziri Pit Hegsetə ünvanladığı məktubda İran casuslarının Amerika kəşfiyyat və təhlükəsizlik orqanlarına sızması ehtimalına diqqət çəkib və bu məsələnin təcili araşdırılmasını tələb edib.
Kotton məktubunda xəbərdarlıq edib ki, ABŞ-nin milli təhlükəsizlik məlumatları “xarici gücə” ötürülə, yaxud bəzi Amerika vətəndaşları İranın maraqlarına uyğun şəkildə ABŞ siyasətinə təsir göstərə bilər.
Senator məsələni həm “əks-kəşfiyyat”, həm də mümkün “cinayət işi” baxımından hərtərəfli araşdırmağa çağırıb.
21:20 04.09.2025
Oxunuş sayı: 988