Rusiya ABŞ əlaqələrinə görə Spayka yük maşınlarını bloklayır

Rusiya ABŞ əlaqələrinə görə Spayka yük maşınlarını bloklayır.
Crossmedia.az xəbər verir ki, artıq bir neçə gündür ki, Ermənistanın ən böyük ekspeditor şirkəti “Spayka”ya məxsus 100-dən çox yük maşını Rusiya ərazisinə daxil ola bilmir. Rusiya hüquq-mühafizə orqanları səbəbləri rəsmi açıqlamadan nəqliyyat vasitələrini dayandırır. Eyni zamanda, Ermənistanın səlahiyyətli orqanları daşınan yükün keyfiyyəti ilə bağlı Rusiya tərəfdən heç bir bildiriş və şikayət almadıqlarını bəyan ediblər.
Rusiyanın şirkətə qarşı hərəkətləri siyasi xarakter daşıya bilər. Son vaxtlar şirkətin direktoru mütəmadi olaraq ABŞ-ın Ermənistandakı səfiri ilə görüşür. Bu görüşlər mətbuatda geniş işıqlandırılır və bunun Rusiya tərəfinin narazılığına səbəb olduğu güman edilir. Sonuncu belə görüş təxminən iki həftə əvvəl baş tutub.
Yük maşınlarının uzunmüddətli blokadası təkcə şirkətin özünə deyil, həm də Ermənistanın kənd təsərrüfatı istehsalçılarına ciddi ziyan vura bilər, məhsulların ixracına əhəmiyyətli maneələr yarada bilər”.
21:03 04.09.2025
Oxunuş sayı: 984