Moskva Ermənistanla ticarət dövriyyəsinin iki dəfə azalmasından narazıdır

Moskva Ermənistanla ticarət dövriyyəsinin iki dəfə azalmasından narazıdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda bildirib.
O, 2025-ci ildə Ermənistanla ticarət dövriyyəsi demək olar ki, iki dəfəyə qədər azala biləcəyini qeyd edib.
Onun sözlərinə görə, əgər 2024-cü ildə bu rəqəm 12,4 milyard dollara çatıbsa, bu il təxminən 6 milyard dollar olacağı gözlənilir. İlin birinci yarısında ticarətin həcmi cəmi 3,4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
20:35 04.09.2025
Oxunuş sayı: 1032