“Joğovurd”: ABŞ-dən Ermənistana qonaqlar gəlir

“Joğovurd”: ABŞ-dən Ermənistana qonaqlar gəlir, 42 km-lik dəhlizin işə salınma xəritəsi müzakirə olunacaq.
Gələn həftə ABŞ-dən Ermənistana müxtəlif dairələrin nümayəndələri gələcəklər.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Ermənistan hakimiyyətinə yaxın yaxşı məlumatlı mənbələr nəşrə bildiriblər ki, səfərin gündəliyi ictimai müstəvidə “42 kilometrlik Trampın dəhlizi” kimi tanınan layihəyə aiddir.
“Joğovurd” qəzetinin məlumatına görə, amerikalı qonaqlar təkcə dəhlizin texniki və siyasi təfərrüatlarını deyil, həm də investisiyaların həcmini, prioritetləri, eləcə də tikinti işlərinin başlanma müddətlərini müzakirə edəcəklər.
“Mənbələrin sözlərinə görə, səfərin məqsədi artıq öncədən imzalanmış Tramp-İlham Əliyev-Paşinyan memorandumunun variantının praktik reallaşdırılmasına yönəlmiş addımların ardıcıllığını dəqiqləşdirməkdir.
Hazırda rəsmi mənbələr nə səfərin təfərrüatları, nə də gündəmi barədə açıqlama vermirlər. Lakin “Joğovurd”un məlumatına görə, müzakirələr qapalı formatda olacaq və qərarlar regionda yol nəqliyyatı üzrə yeni reallığın formalaşdırılması ilə birbaşa bağlı olacaq”, - deyə nəşr bildirib.
09:30 04.09.2025
Oxunuş sayı: 1056