Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısı çərçivəsində keçirilən görüşdə Vladimir Putini Türkiyəyə dəvət edib:
“Ən yaxın zamanda sizi ölkəmizdə görməkdən məmnun olarıq”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan həmçinin iki ölkə arasındakı münasibətlərdən danışıb və bildirib ki, Türkiyənin maliyyə qurumları ilə bağlı texniki görüşlər müsbət şəkildə davam edir.
Türkiyə Prezidenti həmçinin Akkuyu Atom Elektrik Stansiyasının tikintisi və əməkdaşlıq məsələlərinə toxunub, layihənin planlaşdırıldığı kimi irəlilədiyini vurğulayıb.
12:37 01.09.2025
Oxunuş sayı: 770