Polşa Almaniyadan müharibə təzminatı tələb edir

Polşa Prezidenti Karol Navrotski İkinci Dünya müharibəsinin başlanmasının ildönümündə Almaniyadan təzminat tələb edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qdanskdakı Vesterplattedə çıxış edən Karol Navrotski bildirib ki, Polşa ön cəbhə dövləti və NATO-nun şərq cinahının əsas üzvü kimi ədalətə və “Almaniya ilə aydın münasibətlərə” ehtiyac duyur.
Onun sözlərinə görə, bunu əldə etməyin yeganə yolu təzminat ödənişləridir.
Niyaz Hacıyev
12:03 01.09.2025
Oxunuş sayı: 977