Rusiyada sərt qanunlar qüvvəyə minib: sosial, texnoloji və iqtisadi məhdudiyyətlər tətbiq olunur

Rusiyada bu gündən etibarən sərt qanunlar qüvvəyə minib.
Crossmedia.az xəbər verir ki, artıq “ekstremist materialların” axtarışı (cərimə 55 ABŞ dollarınadək), SIM-kart və hesabların ötürülməsi (2 200 dollara qədər), VPN-lərin reklamı və yayılması, həmçinin bloklanmış sosial şəbəkələrdə reklam yerləşdirilməsi (5 500 dollara qədər) qadağan olunub. SIM-kart alınarkən müştərinin görüntüsü kameraya qeydə alınacaq, bütün yeni smartfonlarda isə dövlət messenceri Max və yerli tətbiq mağazası quraşdırılması məcburidir. Banklara məhkəməsiz hesabları bloklamaq və nağd pulun verilməsini dayandırmaq səlahiyyəti verilib ki, bu da avtomatik olaraq müştərini mobil rabitədən də məhrum edir.
Dəyişikliklər digər sahələrə də təsir
edib: avtomobil sahibləri üçün rüsumlar üçqat artırılıb, psixi pozğunluqları və
zəif görmə qabiliyyəti olan şəxslər sürücülükdən kənarlaşdırılacaq. Məktəblərdə
ingilis dili həftədə cəmi iki saata endirilib, kollec məzunları isə ixtisasla
bağlı olmayan sahələr üzrə ali məktəblərə yalnız Vahid Dövlət İmtahanı verdikləri
halda qəbul oluna biləcəklər. Bundan başqa, “qeyri-ənənəvi dəyərlər”i təbliğ edən
filmlər, xarici agentlərin fəaliyyəti, evdə ekzotik heyvan saxlamaq qadağan
olunub. Çaxmaqdaşları və qaz balonları isə yalnız şəxsiyyət vəsiqəsi ilə
satılacaq.
Niyaz Hacıyev
11:52 01.09.2025
Oxunuş sayı: 937