ABŞ Rusiyanı sanksiyalarla hədələyib

ABŞ Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması və danışıqların aparılmasının vacibliyini vurğulayaraq sanksiyalarla hədələyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Nəşrin məlumatına görə, bu məsələ 29 avqustda BMT Təhlükəsizlik Şurasının Kiyevə endirilən gecə hava zərbələrindən sonra keçirilən təcili iclasında müzakirə olunub.
ABŞ-ın BMT-dəki nümayəndə heyətinin müşaviri Con Kelli bildirib ki, bu hücum Moskvanın sülhə ciddi şəkildə can atmasına şübhə yaradır və o vurğulayıb ki, Putinlə Zelenski görüşmək barədə razılığa gəlməlidirlər.
11:10 01.09.2025
Oxunuş sayı: 732