SEPAH qüvvələri İranda "MOSSAD"-a aid hücrəni məhv edib

SEPAH qüvvələri ölkənin Şimali-Şərqindəki Xorasandan-Rəza vilayətində, İsrailin «MOSSAD» kəşfiyyatı ilə əlaqəli bir hücrəni zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Mehr" nəşri xəbər verir.
Bildirilir ki, bu şəbəkə «MOSSAD» agentlərinə son zamanlarda İsraillə gedən 12 günlük müharibə zamanı mühüm və gizli obyektlər, habelə tanınmış hərbi şəxslər haqqında məlumatlar ötürüb.
Məlumata görə, hücrə üzvləri dövlət və hərbi rəsmilərə qarşı əməliyyatlar planlaşdırır və Məşhəd şəhərindəki mühüm obyektləri məhv etməyə çalışırdılar.
Bundan əlavə, bu əməliyyat zamanı start qurğuları, bombalar, partlayıcı maddələr və partlayıcı maddələr üçün tələlər hazırlamaq üçün istifadə edilən xammal aşkar edilib.
12:32 30.08.2025
Oxunuş sayı: 1183