Rusiyanın Ukraynaya hücumu müharibənin ikinci ən böyük hava zərbəsi oldu

Bu gün gecə Rusiya Ukraynaya qarşı müharibənin gedişatında indiyədək qeydə alınan ən böyük hücumlardan birini həyata keçirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ərazisinə ümumilikdə 598 pilotsuz uçuş aparatı və 31 raket buraxılıb. Miqyas baxımından bu hücum yalnız 9 iyulda baş vermiş, 741 raket və PUA-nın istifadə olunduğu zərbədən sonra ikinci yerdədir.
Rusiyanın Ukraynaya qarşı ən genişmiqyaslı hava hücumlarının hamısı bu ilin iyun ayının sonundan etibarən baş verib.
Pərvin Hacıyeva
21:10 28.08.2025
Oxunuş sayı: 681