Türkiyə Pakistana yardım etməyə hazırdır

Son günlər Pakistanın müxtəlif bölgələrində baş verən sellərin fəsadlarının aradan qaldırılmasında Türkiyə yardım etməyə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra X sosial şəbəkəsində məlumat verib.
Şərif bildirib ki, Ərdoğan xilasetmə əməliyyatlarında Türkiyənin yardım edəcəyini təsdiqləyib.
“Pakistan xalqı həmişə Türkiyə xalqının dəstəyini xatırlayacaq”, – deyə baş nazir qeyd edib.
Qeyd edək ki, tərəflər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gücləndirməyi planlaşdırırlar.
Fatimə Məmmədova
19:46 28.08.2025
Oxunuş sayı: 819