Paşinyan Netanyahunun “erməni soyqırımı” ilə bağlı açıqlamasını tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nın tanınması ilə bağlı ifadələrini tənqid edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan bəyan edib ki, Netanyahunun sözləri nə Ermənistanın, nə də erməni xalqının maraqlarına xidmət edir. Onun sözlərinə görə, əsas məsələ İrəvanın bu mövzunun sadəcə təsadüfi və ya səhv işlədilmiş ifadə kimi qələmə verilməsinə razı olub-olmamasıdır.
Baş nazir əlavə edib ki, “erməni soyqırımı”nın tanınması məsələsi başqa dövlətlərin geosiyasi maraqlarında “bazarlıq predmeti”nə çevrilməməlidir. O, həmçinin cəmiyyəti diqqəti dövlətin real maraqlarına yönəltməyə çağırıb.
Pərvin Hacıyeva
19:36 28.08.2025
Oxunuş sayı: 798