“Labubu”nun yaradıcısı dünyanın ən varlı 100 adamı sırasına düşdü

Məşhur “Labubu” brendinin yaradıcısı, 38 yaşlı Van Nin dünyanın ən varlı insanları siyahısında 85-ci yeri tutub. Onun sərvəti 26,5 milyard dollar dəyərində qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki , bu barədə Bloomberg məlumat yayıb.
Van Nin bu göstərici ilə “Lukoil”in səhmdarı Vagit Alekperovu (89-cu yer) və “PayPal”ın təsisçisi Piter Tili geridə qoyub.
Qeyd olunur ki, cəmi bir il ərzində Van Ninin sərvəti 20 milyard dollar artıb.
18:52 28.08.2025
Oxunuş sayı: 1023