Kiyevdə Bayraktar zavodu raket zərbəsinə məruz qalıb

Ukraynanın paytaxtında yerləşən və istifadəyə verilməyə hazırlaşan “Bayraktar” zavodu raket hücumuna məruz qalıb. Türkiyə mətbuatının məlumatına görə, obyektə iki raket zərbəsi endirilib və nəticədə milyonlarla dollarlıq investisiyalara ciddi ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, əsas personal artıq təlimi başa vurmuş, istehsal xətləri isə işə salınmaq üzrə idi. Hücum nəticəsində milyonlarla dollar həcmində sərmayələr itirilib.
“Baykar Press”in nümayəndəsi İlker Akgünger bildirib: “Biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik və zəruri məlumatı münasib vaxtda təqdim edəcəyik”.
Nicat Rüstəmzadə
17:43 28.08.2025
Oxunuş sayı: 773