Paşinyan II Qareginə müraciət edib: Əfsanələr toxunur ki, guya hansısa zorakılıqlar hazırlanır

“Mənim problemim heç də Ktriç Nersisyanı kilsədən azad etmək və Ktriç Nersisyana bənzər başqa bir adamı ora təyin etmək deyil”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 28-də keçirdiyi brifinqdə Baş nazir Nikol Paşinyan deyib.
“Xeyr, bu, mənəvi yenilənmə məsələsidir. Üstəlik, Erməni Apostol Kilsəsinin mənəvi yenilənməsi barədədir, amma ümumilikdə hamımızın məsələsidir, çünki Erməni Apostol Kilsəsi bizim bütün mənəvi dəyərlərimizin episentridir və əgər o episentr zədələnibsə, dəyərlərə söykənən cəmiyyət yaratmaq gündəliyindən danışmaq ən azından ciddi deyil. Biz dəyərlərə söykənən cəmiyyət qurmaq prosesinə mütləq olaraq Üçmüədzin kilsəsindən başlamalıyıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, əfsanələr toxunur ki, guya hansısa zorakılıqlar hazırlanır, zorakı metodlar qəbul edilir.
“Hörmətli həmkarlar, bizim siyasi prosesimizdə zorakılıq olmayıb, qaldı ki, Erməni Apostol Kilsəsinin prosesləri ilə bağlı zorakılığa müraciət edək. Əminəm ki, mənəvi gücdən böyük qüvvə yoxdur və mənəvi gücün kulminasiyası baş verəndə qalan hər şey saniyələr ərzində baş verəcək. Və bu kulminasiyanın baş verəcəyinə mənim heç bir şübhəm yoxdur. O kulminasiya artıq baş verib”, - deyə Paşinyan qeyd edib.
Ermənistan Baş naziri bildirib ki, əslində Ktriç Nersisyanın ailəsinin olması barədə xəbəri hamı bilir və bu xəbəri ictimaiyyət Paşinyandan eşitməyib.
Paşinyan vurğulayıb ki, “Kikosun ölümü”nün yeni-yeni işləmələri görünür, müxalifət isə “vay Kikos can” deyir.
“Avqustun 8-dən əvvəl də, amma xüsusilə avqustun 8-dən sonra daha aydın görünür ki, “Kikosun ölümü”nün bizim sosial psixologiyamızın və düşüncəmizin formalaşmasında böyük rolu var. Məsələn, indi televizoru açanda və müsahibələri izləyəndə görürük ki, “Kikosun ölümü”nün ən müxtəlif versiyaları, yeni-yeni işləmələri var: “Mərcə getdim, oğlum oldu, adını Kikos qoydum, papağı popoz oldu, ağaca çıxdı, daşa düşdü, vay Kikos can, vay oğul can”. Əsasən bu son hissəni deyirlər, hətta əvvəlki hissəni qısa kəsirlər. Əsasən televizoru açanda, bizim müxalifətin və ona yaxın qüvvələrin başlıca dediyi budur: “vay Kikos can”, - deyə o qeyd edib.
16:34 28.08.2025
Oxunuş sayı: 765