55 diplomatik nümayəndə rəhbəri Rusiya zərbəsi ilə dağıdılmış binanı ziyarət edib





Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, 55 xarici diplomatik nümayəndəlik rəhbəri Rusiyanın hücumu nəticəsində dağıdılmış Kiyevin Darnıtskiy rayonundakı yaşayış binasını ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, Sibiqa "X" sosial şəbəkəsində yazıb:
"Ukraynanın paytaxtına qarşı törədilmiş vəhşi Rusiya hücumundan sonra 55 diplomatik nümayəndə rəhbəri ilə birlikdə zərbələrdən birinin ünvanına — Darnıtski rayonundakı dağıdılmış yaşayış binasına baş çəkmək vacib idi. Bu, dəhşətli bir müharibə cinayətinin baş verdiyi yerdir."
15:55 28.08.2025
Oxunuş sayı: 691