Moskva və Kiyev hava atəşkəsi ilə bağlı heç bir razılığa gəlməyib — Kreml

Rusiya ilə Ukrayna arasında hava atəşkəsinin yaradılması ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskovun jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Bu məsələ ilə bağlı heç bir razılıq əldə olunmayıb. Təkrar edirəm: münaqişənin həlli yollarının axtarışı çərçivəsində müzakirə oluna biləcək hər şey gizli şəkildə müzakirə edilməlidir," — deyə Peskov bildirib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada nizamlanmanın hava atəşkəsi ilə başlaya biləcəyini təklif etmişdi.
Zayirova Səbiyyə
15:10 28.08.2025
Oxunuş sayı: 701