Aİ Brüsseldəki Rusiya səfirini çağırıb

Aİ Kiyevdəki nümayəndəliyin binasına endirilən zərbədən sonra Rusiyanın Brüsseldəki səfirini çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.
Onun sözlərinə görə, missiyanın əməkdaşları Kiyevdə işlərini davam etdirirlər, Aİ-nin Ukraynaya dəstəyi isə sarsılmazdır.
"Heç bir diplomatik missiya hədəf olmamalıdır", - K.Kallas vurğulayıb.
14:57 28.08.2025
Oxunuş sayı: 1125