Rusiyanın hücumu nəticəsində Britaniya Şurasının Kiyev ofisi zərər görüb

Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi raket zərbələri nəticəsində Britaniya Şurasının (British Council) Ukrayna ofisi ciddi ziyan görüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bildirək ki, qurumun məlumatına görə, bina ziyarətçilər üçün qeyri-müəyyən müddətə bağlı qalacaq.
“Gecə Kiyevə edilən hücum nəticəsində ofisimiz ciddi zərər görüb və yaxın müddətdə fəaliyyətimizi binada davam etdirə bilməyəcəyik. Baxmayaraq ki, cavablarda müəyyən gecikmələr ola bilər, biz təhsil və mədəniyyət sahəsində ukraynalı tərəfdaşlarımızla əməkdaşlığı davam etdiririk. Bizimlə elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkündür”, – qurumun açıqlamasında bildirilib.
Xumar Emilqızı
13:43 28.08.2025
Oxunuş sayı: 661