Bakı ilə sülh əldə olunsa da, bu, o demək deyil ki, bir-birimizlə məsələlərimiz yoxdur - Paşinyan

“Əgər cənab O-Brayen Ermənistanın həssaslıqlarından danışırsa, qeyd etməliyəm ki, Ermənistan məhz onun və onların hakimiyyəti dövründə ən çox həssas olub. 2021-ci, 2022-ci, 2023-cü illərin hadisələrini xatırlatmaq istəyirəm”.
Crossmedia.az xəbər verir ki, bunu brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz heç vaxt ABŞ-nin həmin dövrdəki fəaliyyətindən və reaksiyasından razı qalmamışıq, bu, bölgəmizdə sülh gündəminə dəstək vermək üçün həyata keçirilib”, - deyə Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, sülh artıq daha obyektiv görkəm alıb, iqtisadiyyat da buna reaksiya verir.
“Sülh artıq dönməzdir, bunu şəxsi missiyam hesab edirəm. Bakı ilə sülh əldə olunsa da, bu, o demək deyil ki, bir-birimizlə məsələlərimiz yoxdur”, - deyə o vurğulayıb
Ermənistan Baş naziri kilsənin Ktriç Nersisyandan azad edilməsinə də toxunub.
“Vəzifəm bu olacaq ki, katolikosluq Ktriç Nersisyandan azad edilsin. Yaxın vaxtlarda bunun təzahürlərini görəcəksiniz”, - deyə o bildirib.
Paşinyan bildirib ki, onun kilsəyə qarşı mövqeyi dəyişməyib.
“Mənim kilsəyə qarşı mövqelərim heç bir dəyişiklik keçirməyib və heç bir şəraitdə də keçirməyəcək. Ktriç Nersisyan kilsədən getməlidir, Kilsə Ktriç Nersisyandan azad olunmalıdır və bu, Erməni Apostol Kilsəsinin davamçılarının səyi ilə olmalıdır, onlardan biri də mənəm. Demişəm ki, bu prosesi mən özüm aparacağam”, - deyə Paşinyan qeyd edib.
13:05 28.08.2025
Oxunuş sayı: 881