Türkiyə “Polad Qübbə” hava hücumundan müdafiə sistemini təqdim etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni “Polad Qübbə” hava hücumundan müdafiə sisteminin təqdimat mərasimində çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Dövlət başçısı bildirib ki, bu sistemlə ölkə hava hücumundan müdafiə sahəsində tamamilə yeni mərhələyə qədəm qoyur:
“Polad Qübbə” ilə Türkiyə HHM sahəsində fərqli bir səviyyəyə çıxır. Biz müdafiə sahəsində yeni bir eraya başlayırıq”, – Ərdoğan vurğulayıb.
Yeni sistemə əlavə olaraq 47 ədəd texnika daxil ediləcək. Bu layihəyə 460 milyon dollar sərmayə yatırılıb.
Prezident qeyd edib ki, hazırkı təhlükəsizlik çağırışları fonunda özünün müstəqil radiolokasiya və HHM sistemlərini inkişaf etdirməyən ölkələr gələcəklərinə əmin ola bilməzlər.
Ərdoğan həmçinin Oğulbəy Texnologiya Mərkəzinin əsasının qoyulduğunu açıqlayıb. Layihənin dəyəri 1,5 milyard dollar təşkil edir və bu, Türkiyə tarixində müdafiə sənayesinə edilən ən böyük birdəfəlik investisiya sayılır.
“50 il əvvəl sadəcə xəyal görünən imkanları biz bu gün özümüz reallaşdırırıq”, – deyə dövlət başçısı əlavə edib.
Xumar Emilqızı
13:02 28.08.2025
Oxunuş sayı: 760