Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri bir ay müddətinə uzadılıb

Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri bir ay müddətinə uzadılıb.
Crossmedia.az xəbər verir ki, İrəvan ümumi yurisdiksiya cinayət məhkəməsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə məhkəmə iclasında sədrlik edən hakim Jora Çiçoyan iş üzrə təqsirləndirilən, MMA çempionu Torqom Asatryanın həbs qətimkan tədbirini bir ay müddətinə uzatmaq qərarı verib.
Xatırladaq ki, Ararat Mirzoyan 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə, Nikol Paşinyan noyabrın 9-da üçtərəfli bəyanatı imzaladığı zaman döyülmüşdü. İş üzrə təqsirləndirilən Torqom Asatryan özünü təqsirli bilmir.
10:58 28.08.2025
Oxunuş sayı: 774