Argentinada prezidentə hücum olub

Argentinanın Prezidenti Xavyer Milei ictimai tədbirdən sonra hücuma məruz qalıb. Hadisə Lomas-de-Samora şəhərində baş verib. Etirazçılar siyasətçinin mindiyi pikapı daşlamağa başlayıblar.
Crossmedia.az bildirir ki, təhlükəsizlik xidməti dövlət başçısını dərhal hadisə yerindən uzaqlaşdırıb. Milei və onu müşayiət edən şəxslər xəsarət almayıblar.
Prezident hücuma görə ölkənin sabiq prezidenti Kristina Fernandes de Kirşnerin tərəfdarlarını ittiham edib.
10:42 28.08.2025
Oxunuş sayı: 826