Fransa xəstəxanalarını müharibə ssenarisinə hazırlayır

Fransa hökuməti regional səhiyyə agentliklərinə (ARS) döyüş bölgələrindən gələcək çoxsaylı yaralıların qəbuluna hazırlaşmaq göstərişi verib. Plan çərçivəsində 2026-cı ilin martına qədər gündə yüzlərlə pasiyenti qəbul edə biləcək tibbi mərkəzlər yaradılacaq, mülki xəstəxanalar isə yüz minlərlə yaralıya xidmət göstərəcək. Hökumət həmçinin resurs çatışmazlığı, psixoloji dəstək və reabilitasiyaya xüsusi diqqət yetirməyi tapşırıb.
Crossmedia.az xəbər verir ki, Müdafiə Baş Qərargahının sorğusu əsasında Səhiyyə Nazirliyi 2026-cı ilin martına qədər gündə 100–250 yaralı qəbul edə biləcək tibbi mərkəzlər, həmçinin 10–180 gün ərzində 100–500 min pasiyent qəbul edə biləcək mülki xəstəxanalar yaratmağı planlaşdırır. Mərkəzlər böyük nəqliyyat qovşaqlarının yaxınlığında yerləşdiriləcək ki, pasiyentlərin qəbulunu və onların vətənlərinə qaytarılmasını asanlaşdırsın.
Əcnəbilər beynəlxalq razılaşmalara uyğun olaraq tibb müəssisələrinə kompensasiyaların ödənilməsi üçün izlənəcək. ARS direktorlarına resurs çatışmazlığı və hərbi məhdudiyyətlər barədə tibbi ictimaiyyəti məlumatlandırmaq, posttravmatik pozuntuların müalicəsinə və reabilitasiyaya diqqət ayırmaq tövsiyə olunub.
14 min hərbi tibb işçisini tamamlayacaq şəkildə bütün tibb işçilərinin rekvizisiyası nəzərdə tutulur. Döyüş əməliyyatları baş verəcəyi təqdirdə səkkiz hərbi hospital piyada əsgərlər üçün yerləri azad edəcək.
“Hazırda kontingentin böyük hissəsini təşkil edən kimyaterapiya alan mülki onkoloji xəstələrdən ya tezliklə sağalmaları, ya da mülki xəstəxanada ölmələri xahiş olunur”, – deyə nəşr istehzalı şəkildə qeyd edir.
Bənövşə Zahidli
19:24 27.08.2025
Oxunuş sayı: 870