Türkiyə MSK müdafiə sənayesi ixracında rekord artımı elan edib

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün komitədə sektor təmsilçilərinin geniş iştirakı ilə keçirilən “İxracat Müzakirə Toplantısı”ndan sonra ixrac göstəricilərini ictimaiyyətlə bölüşüb.
Crossmedia.az-ın məlumatına görə, Görgün bildirib ki, Türkiyə müdafiə sənayesinin qlobal güc vizyonu istiqamətində müzakirə, strategiya və sinerji eyni masada toplanır.
O açıqlayıb ki, Türkiyənin müdafiə ixracatı 185 ölkəyə 230 fərqli məhsulu əhatə edir və illik ixracat 7,1 milyard dollara çatıb. 2025-ci ilin ilk yeddi ayında isə ixracat ötən ilin eyni dövrünə nisbətən 38,6% artaraq 4,59 milyard dollar səviyyəsinə yüksəlib.
Görgün deyib: “Ortaya çıxan bu tablo yalnız ticarət deyil; strateji mövqenin, milli mühəndisliyin və sahədə göstərilən səylərin nəticəsidir”. O əlavə edib ki, müdafiə sənayesi yalnız regional ehtiyacları qarşılamaqla kifayətlənmir, həm də qlobal miqyasda sülh və sabitliyin təmin edilməsində tərəfdaş olma yolunda irəliləyir.
Artıq yalnız məhsul deyil, eyni zamanda etimad da ixrac etdiklərini vurğulayan Görgün əlavə edib: “Bu uğurda əməyi olan bütün sektor tərəfdaşlarımıza təşəkkür edir, töhfələri ilə gələcəyə yön verən hər bir şirkətimizi ürəkdən təbrik edirəm”.
17:30 27.08.2025
Oxunuş sayı: 912