Rusiya və Ukrayna nümayəndələri təmaslarını davam etdirir

Rusiya ilə Ukrayna arasında danışıqlar prosesində yeni görüşün vaxtı hələlik müəyyən edilməyib. Bununla belə, tərəflərin danışıqlar qruplarının rəhbərləri mütəmadi olaraq təmasda qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, yeni görüşün “İstanbul formatı”nda keçirilməsi nəzərdə tutulsa da, konkret tarix barədə danışmaq mümkün deyil:
“Rəhbərlər əlaqə saxlayır, lakin görüşün dəqiq vaxtını hələ deyə bilmirik”, – Peskov bildirib.
Kreml rəsmisi həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri müharibənin dayandırılması üzrə müzakirələrin əsas mövzularından biri olaraq qalır. O, əlavə edib ki, Rusiya Ukraynada Avropa hərbçilərinin yerləşdirilməsi ehtimalına mənfi yanaşır.
Nihat Tahirov
16:32 27.08.2025
Oxunuş sayı: 806