Amerikalıların əksəriyyəti Rusiyanın ticarət tərəfdaşlarına sanksiyaları dəstəkləyir

ABŞ ictimaiyyətinin böyük hissəsi Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların tətbiqini dəstəkləyir. Sorğu nəticələrinə görə, amerikalılar bu yolla Moskvanın Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur edilə biləcəyini düşünür.
Crossmedia.az xəbər verir ki, “Reuters/Ipsos” tərəfindən keçirilən üçgünlük sorğunun nəticələrinə əsasən, respondentlərin 62 faizi belə sanksiyaların tərəfdarı olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp artıq bu strategiyanın müəyyən hissəsini tətbiq edib və onun Çini də əhatə edə biləcək şəkildə genişləndirilməsi ilə hədələyib.
Nihat Tahirov
16:29 27.08.2025
Oxunuş sayı: 718