Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqları ilə bağlı qərar yaxın günlərdə verilə bilər

Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqları üçün “klasterin açılması” barədə qərarın yaxın günlərdə və ya həftələrdə qəbul edilə biləcəyi bildirilir. Məlumata görə, bu proses xüsusilə Ukraynanın üzvlüyü istiqamətində yaranmış siyasi maneələrin aradan qaldırılması ilə bağlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politiko öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı vetosunu geri çəkməyə inandıra bilib. Bu isə qarşıdakı aylarda iki Şərqi Avropa ölkəsinin ittifaqa qoşulması prosesindəki “çıxılmaz vəziyyət”in aradan qalxmasına imkan yaradacaq.
Bununla yanaşı, başqa bir Avropa diplomatı Moldovanın üzvlük danışıqları üçün “klasterin açılması” məsələsində tələskənliyin doğru olmayacağını bildirib. Onun sözlərinə görə, bu addım ölkədə sentyabrın 28-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi məqsədlərə xidmət edə və nəticədə əks-effekt verə bilər.
Nihat Tahirov
13:17 27.08.2025
Oxunuş sayı: 864