Rusiya gecə Ukraynanın enerji və qaz infrastrukturlarına zərbələr endirib

Rusiya bu gecə Ukraynanın altı bölgəsində – Sumı, Poltava, Donetsk, Çerniqov, Xarkov və Zaporojye vilayətlərində enerji və qaz nəqliyyat infrastrukturuna hücumlar həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, Sumıda əsas yarımstansiyalardan birinə zərbə endirilib, nəticədə şəhərin böyük hissəsi və sənaye müəssisələri işıqsız qalıb.
Poltava vilayətində isə qaz nəqliyyatı infrastrukturu obyektləri hədəf alınıb.
Xumar Emilqızı
13:11 27.08.2025
Oxunuş sayı: 739