ABŞ və İsrail Qəzza münaqişəsinin həlli yollarını müzakirə edəcək

ABŞ dövlət katibi Marko Rubio avqustun 27-də İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşəcək.
Crossmedia.az xəbər verir ki, görüş Vaşinqtonda, elə Dövlət Departamentinin binasında baş tutacaq:
“Görüşdə əsas müzakirə mövzusu Qəzza zolağında münaqişənin həlli yolları olacaq. Bundan öncə, avqustun 26-da ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirmişdi ki, Qəzzada döyüşlərin 2025-ci ilin sonunadək başa çatacağını gözləyir. Onun sözlərinə görə, Vaşinqton bu istiqamətdə diplomatik səylərini artıracaq. Uitkoff həmçinin əlavə edib ki, ABŞ rəsmiləri bir sıra ölkələrin İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “Əbraham sazişləri”nə qoşulması məsələsini müzakirə edirlər”.
Fidan Xəlilova
13:09 27.08.2025
Oxunuş sayı: 800