Netanyahu erməni soqrımını tanıdı

İsrail Baş naziri Benyamin Netanyahu erməni soyqırımını tanıdığını elan edib.
Crossmedia.az “The Times of İsrael”ə istinadla xəbər verir ki, o, bu barədə Patrick Bet-David-in podkastında çıxışı zamanı bildirib.
Müsahibə zamanı Bet-David İsrailin niyə hələ də rəsmi şəkildə erməni soyqırımını tanımadığını soruşub. Netanyahu əvvəlcə, “Məncə, tanımışıq. Knesset bu barədə qətnamə qəbul edib” deyə cavab verib.
Aparıcı onun şəxsi mövqeyini dəqiqləşdirmək üçün təkrar soruşduqda, Netanyahu qısa və açıq şəkildə bildirib: “Elə indi tanıdım. Buyurun”.
Nəzrin Salmanova
13:08 27.08.2025
Oxunuş sayı: 893