Tramp Avropanı Ukraynaya qoşun göndərməyə çağırır

ABŞ-nin prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya qoşun yeritməyi dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Lakin aparılan sorğular göstərir ki, əksər Avropa İttifaqı vətəndaşları bu addıma qarşıdır.
Almaniyada respondentlərin 56 faizi qoşun göndərilməsinin əleyhinədir. Fransızların bir hissəsi isə bu ideyanı yalnız sülh sazişi əldə olunacağı halda dəstəkləməyə hazır olduqlarını bildiriblər.Polşada isə təxminən 60 faiz seçici əsgər göndərilməsinə qarşı çıxır.
Eyni zamanda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer “təhlükəsizlik qüvvələrinin” yaradılması təşəbbüsünü irəli sürüblər. Lakin seçicilər bu planın sərhədlərdə gərginlik və Rusiya ilə birbaşa münaqişə riskini artıra biləcəyindən narahatdırlar.
Xumar Emilqızı
13:07 27.08.2025
Oxunuş sayı: 786