Prezident Ərdoğandan sərt mesaj: Türkiyə qardaş xalqların təhlükəsizliyinin qarantıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətlə bağlı açıqlama verib.
Crossmedia.az-ın məlumatına görə , o bildirib ki, Türkiyə kürdlərin, eləcə də Suriyadakı bütün qardaş xalqların təhlükəsizliyinin, əmin-amanlığının və rifahının təminatçısıdır:
“Ankaraya, Şama üz tutanlar qalib gələcək”, – deyə Ərdoğan vurğulayıb.
Prezident həmçinin ölkəsinə qarşı yeni xarici dəstək axtaranların uğursuz olacağını qeyd edib: “Yeni xarici havadarlar axtaranlar uduzacaqlar”.
11:44 27.08.2025
Oxunuş sayı: 1048